Türkiyəli müğənni Rafet El Roman sabiq müdafiə naziri Səfər Əbiyevin oğlunun toyunda iştirak edib.
Axşam.az-ın əldə etdiyi məlumata görə, sənətçi “Buta Palace”də keçirilən toy mərasimində sevilən mahnıları ilə qonaqları əyləndirib.
Qeyd edək ki, Həsən və Nərminə cütlüyünün xoş günündə zalı türkiyəli dizayner Tuba Yavuzer bəzəyib.