"Kainat gözəlləri" milli geyimlə şou göstərdi - Fotolar
Dünya
14:03 / 04.11.13
1977dəfə oxunub
A-
A
A+
Moskvada keçiriləcək "Kainat gözəli" müsabiqəsinin iştirakçıları milli geyimdə şou göstəriblər.
Axşam.az xəbər verir ki, tədbir "Vegas" ticarət mərkəzində baş tutub.
86 ölkənin gözəli təkcə milli yox, həm də karnaval geyimləri ilə görüntülənib. Konkursda ölkəmizi təmsil edəcək Aysel Manafova Azərbaycan milli geyimi ilə gecəyə qatılıb.
Qeyd edək ki, bəstəkar-müğənni Emin Ağalarovun təşkilatçılığı ilə keçirilən müsabiqənin finalı noyabrın 5-i və 9-da "Krokus Siti Holl"da baş tutacaq.