Rusiyanın məşhur “Fabrika” qrupunun solistləri Bakıya gəlib.
Axşam.az-ın “1news.az” saytına istinadən verdiyi məlumata görə, qrup Bakıda özəl tədbirə qatılıb.
Gecənin ardından şəhərə gəzintiyə çıxan gənc qızlar çəkdirdikləri fotoları sosial şəbəkədə yerləşdiriblər. Qrupun üzvlərindən olan Aleksandr Savelyeva paylaşdığı şəkillərin altından bu sözləri yazıb:
“Bakı möhtəşəm şəhərdir. Gözəl, dinamik bir yerdir. Binalar çox gözəl və qədimdir. Sonuncu dəfə burada 9 il əvvəl olmuşduq, indi hər şey çox dəyişib. Qəribə təəssüratdır. Dənizin qoxusu... Çox sağ ol Bakı”.