Gözləri zəif olan tanınmışlar

Gözləri zəif olan tanınmışlar
4384 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV telekanalında yayımlanan “Sağlam olun” verilişinin yeni buraxılışında maraqlı məqamlar ortaya çıxacaq.

Axşam.az-ın məlumatına görə, verilişin 7 noyabr tarixində yayımlanacaq efirində əməkdar artist Vəfa Zeynalova, müğənni Günay İbrahimli və aparıcı Samir Bayramlı qonaq olub. Verilişdə göz xəstəliklərindən, eynəklərdən və linzalardan bəhs edilib.

Gözləri zəif olan Samirin maraqlı etirafını, Günayın istifadə etdiyi rəngli linzaların ziyanı barəsində məlumatı həftənin cümə axşamı saat 10:30-da izləyə biləcəksiniz.

Qeyd edək ki, Axşam.az saytının informasiya dəstəyi ilə yayımlanacaq “Sağlam olun” verilişinin yaradıcı kollektivi aparıcı Zərif Atayeva, redaktor Sevinc Rəcəbova, rejissor Qəmər Abbasova, koordinatorlar Vüqar Şəfiyev və Azər Baxşəliyevdən ibarətdir.