"O səs Türkiyə"yə çıxan azərbaycanlı qızlara sürpriz
Ölkə
23:57 / 04.11.13
5155dəfə oxunub
A-
A
A+
Bu gün yerli restoranların birində Azərbaycanı “O səs Türkiyə” yarışmasında təmsil edən Sevil və Sevinc bacılarının fanatları ilə görüş keçirilib.
Axşam.az-ın məlumatına görə, tədbiri əkizlərin meneceri Mehri Aliquliyeva təşkil edib:
“Bu görüşdən qızların xəbəri yox idi. Onların pərəstişkarları ilə danışdım və görüşməkləri üçün şərait yaratdım. Qızlar hər şeydən xəbərsiz olduqları üçün çox təəccübləndilər. O qədər gözlənilməz oldu ki, kövrəldilər. Əkizlərin pəsətişkarları öncədən gəlib otağı bəzəmişdilər”.
Tədbirdə yaşanan maraqlı hadisələrdən biri də fanatlarla qızların birgə mahnı ifa etməsi olub. Pərəstişkarlarından çoxlu hədiyyələr alan əkizlər onlarla birgə tort da kəsiblər.