ATV-nin zövq yarışması “Özünə bax”da ötən gün bir çox qaranlıq məqamlara aydınlıq gətirilib.
Axşam.az-ın məlumatına görə, vizajist Nigar İbrahimova toyu ilə bağlı yayılan xəbərlərə canlı efirdə son qoyub.
Hazırda bal ayında olan Nigar çox xoşbəxt olduğunu deyərək, məclisdən ilk video görüntüləri “Özünə bax”a təqdim edib. Ötən gün efirdə ikinci turun ilk mərhələsi baş tutub. Birinci yarımfinaldan keçən üç iştirakçi yenidən münsif qarşısına çıxıb: Leyla, Aytən və Zoya. Münsiflər - layihənin rəhbəri Ruhi Əliyeva, stilist Nasir Babayev, vizajist Sevanna Leyla və Aytənin geyimini bəyənərək, üçüncü yarımfinala keçməsinə razılıq verib. Zoya adlı yaşlı xanım isə münsif qarşısına mahnı oxuya-oxuya və oynayaraq çıxıb. 68 yaşlı xanımı araxçınına görə qınayıblar. R.Əliyeva ona şans vermək istəsə də, Nasir razılaşmayıb. Müsabiqədən kəsilən Zoya Nasirdən küsərək verilişi tərk edib.
Xatırladaq ki, Axşam.az saytının informasiya dəstəyi ilə “Özünə bax 2” həftəiçi hər gün saat 15:30-dan 17:00-a kimi ATV telekanalında canlı yayımlanır. Layihənin rəhbəri Ruhi Əliyeva, prodüseri Vüqar Şəfiyev, aparıcısı Rüfət Ağayev, redaktoru Nərgiz Əliyeva, rejissoru isə Qəmər Abbasovadır. Yarışmanın birincisinə ev, ikincisinə çox bahalı, zümrüd qaşlı dəst, üçüncüsünə isə xarici ölkəyə səyahət hədiyyə ediləcək.
Foto: Rəşad ABBASOV