Ruhi Nigarın toyundan narazı qalıb? - açıqlama

Ruhi Nigarın toyundan narazı qalıb? -  açıqlama
7369 dəfə oxunub
  • A-
  • A
  • A+

ATV telekanalında yayımlanan “Özünə bax” verilişinin rəhbəri Ruhi Əliyeva vizajist Nigar İbrahimovanın toyundan narazı ayrılması haqda yayılan xəbərlərə münasibət bildirib.

Axşam.az-ın məlumatına görə, R.Əliyeva deyib ki, o, toylarda ən çox 1 saat oturur:

"Hamı bilir ki, mən heç bir məclisdə uzun-uzadı əyləşmirəm. Gərək həmin adam mənə o qədər yaxın ola ki, onun toyunda bir saat oturam. Nigar da mənim üçün əziz bir insandır. Buna görə də saat yarım məclisində qonaq oldum. Mən çıxanda Tolik də yanımca gəldi. Bunu yozub, qalmaqal yaratmaq lazım deyil. Nigarla münasibətimiz yaxşıdır, onun xoşbəxt olduğuna sevinirəm”.

Ruhi Nigar və həyat yoldaşı Ruslan haqqında yayılan məlum informasiyalardan da danışıb:

“Nigarla Ruslanın münasibətində olan hər hadisədən xəbərdaram. Ruslan Nigara yaxınlaşanda, evlilik təklif edəndə o, tərəddüd edirdi. Ailəsi də, mən də dedik ki, bəsdir iş haqqında düşündün. İndi şəxsi həyatınla maraqlan. Ruslan Nigarın nazını uzun müddət çəkdi. Bu sevgi, münasibət mənim gözümün önündə olub. Bu gün Nigarın arxasında ona inanan xanımlar dayanır. Boş dedi-qodulara inanmayın”.