“Eurovision 2010” mahnı müsabiqəsinin Gürcüstan təmsilçisi, tanınmış müğənni Sofo Nijaradze Bakıya gəlib.
Axşam.az-ın məlumatına görə, özəl bir tədbirə qatılan Sofo makiyajını stilist Anar Ağakişiyevə həvalə edib.
Anarın köməkliyi ilə məclisə hazırlaşan müğənni “Xəzər” telekanalında yayımlanan “Telemaqazin” verilişinə müsahibə verib. Bakının çox dəyişdiyini deyən S. Nijaradze şəhər gəzintisinə çıxmağa da vaxt tapıb:
“Bakı yaxşı mənada çox dəyişib. Şəhəri gəzdim, hər yerin gözəlliyinə bir də heyran qaldım. Bakı gecələrini çox sevirəm. Buraya tez-tez gəlmək istəyirəm”.