Selena Qomezdən maraqlı açıqlama

Selena Qomezdən maraqlı açıqlama
2088 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur müğənni Selena Qomez maraqlı açıqlamalar verib.

Axşam.az-ın məlumatına görə, 21 yaşlı ulduz bir gecəlik eşq yaşanılacaq qız olmadığını deyib.
 
Selena “Teen Vogue” dərgisinə müsahibəsində uzun müddətli və ciddi münasibətlərə üstünlük verdiyini bildirib:

“Birini sevirsən və bu səni tamamilə dəyişir. Münasibət bitdikdə, ayrılanda sanki bir parçanız yox olur. Bir tərəfdən “unut getsin, istədiyin hər şeyi etməyə qadirsən” deyirdim. Amma dərindən düşünəndə qərara gəldim ki, mən o cür qızlardan deyiləm.

Mən oğlanların bir gecəlik həvəsi üçün yaxınlaşacaqları qız ola bilmərəm. Münasibət quracağım birinin evlərinə aparıb, ailələri ilə tanış edə biləcəkləri qızam”.