Müğənni Nigar Camal ötən gün rejissor Kənan M.M-in evinə qonaq gedib. Axşam.az-ın məlumatına görə, ifaçı Kənan, həyat yoldaşı Aygün Mahmudova və onların övladları ilə çəkdirdiyi fotoları sosial şəbəkədə paylaşıb.
Qeyd edək ki, Kənan M.M və Nigar Camalın dostluqları ATV telekanalında yayımlanacaq məşhur “Fort Boyard” layihəsinin Fransadakı çəkilişləri zamanı başlayıb.