Eminin yarışmasında yarımfinal həyəcanı - Foto

Eminin yarışmasında yarımfinal həyəcanı - Foto
1903 dəfə oxunub
  • A-
  • A
  • A+

"Kainat gözəli" yarışmasında yarımfinal mərhələsi keçirilib.

Axşam.az xəbər verir ki, "Krokus Siti Holl"da keçirilən gecədə iştirakçılar 2 geyimdə çıxış ediblər.
86 ölkənin təmsilçisi çimərlik geyimi və gecə libasında gözəlliklərini nümayiş etdiriblər.

Yarımfinal mərhələsinin nəticələri açıqlanmayıb. Münsiflər heyəti intriqanı finaladək saxlamaq üçün bu addımı atıblar. Şansı digərlərindən yüksək dəyərləndirilən yeganə iştirakçı isə Nikaraqua təmsilçisi Nastasya Bolivar olub. Mərkəzi Amerikalı gözəl 2 gün əvvəl milli geyimlərlə keçirilən nümayişin qalibi olub.

Qeyd edək ki, bəstəkar-müğənni Emin Ağalarovun təşkilatçılığı ilə keçirilən müsabiqənin finalı noyabrın 9-da baş tutacaq. Konkursda Azərbaycanı “Miss Azerbaijan 2012”nin qalibi Aysel Manafova təmsil edir.