“Özünə bax”da iştirakçılara böyük jest - Fotolar

“Özünə bax”da iştirakçılara böyük jest -  Fotolar
3019 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV telekanalının zövq yarışması “Özünə bax”da ikinci yarımfinala start verib.

Axşam.az-ın məlumatına görə, birinci turu uğurla başa vuran iştirakçılar yenidən səhnəyə çıxıb.

Ötən gün müsabiqənin münsif kürsüsündə layihənin rəhbəri Ruhi Əliyeva, “Passage” dərgisinin baş redaktoru Nərminə Ağasi və stilist Vəfa əyləşib. Üç iştirakçı – Rəşidə, Sara və Mənsumə münsif qarşısına çıxıb.

İlk turda bir çox tapşırıqlar alan qızlar bu dəfə geyim tərzlərində çox dəyişikliklər ediblər. Elə buna görə də hər üç iştirakçı üçüncü yarımfinala vəsiqə qazanıb. 18 yaşlı Rəşidənin təmtəraqlı geyiminə Ruhi irad tutub. Yaşına uyğun geyinməyən gənc qıza bir çox məsləhətlər verilib, tərzini yenidən dəyişməsi tələb olunub.

Verilişdə ən maraqlı məqamlardan biri də Ruhini çox sevən iki balaca qızın studiyaya qonaq gəlməsi olub. Anasının dediyinə görə, azyaşlı bacılar hər gün “Özünə bax” başlayanda televizor qarşısına keçir və diqqətlə R.Əliyevanı izləyir. Hətta hərdən evdə maraqlı parodiyalar edir, “Mən Ruhiyəm” deyirlər.

Xatırladaq ki, Axşam.az saytının informasiya dəstəyi ilə “Özünə bax 2” həftəiçi hər gün saat 15:30-dan 17:00-a kimi ATV telekanalında canlı yayımlanır.
 
Layihənin rəhbəri Ruhi Əliyeva, prodüseri Vüqar Şəfiyev, aparıcısı Rüfət Ağayev, redaktoru Nərgiz Əliyeva, rejissoru isə Qəmər Abbasovadır. Yarışmanın birincisinə ev, ikinciyə çox bahalı, zümrüd qaşlı dəst, üçüncüyə isə xarici ölkəyə səyahət hədiyyə ediləcək.

Foto: Rəşad ABBASOV