Aygün Kazımova: "Hələ bu cür ağrı görməmişdim"

Aygün Kazımova: "Hələ bu cür ağrı görməmişdim"
2018 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Aygün Kazımova son vaxtlar haqqında gəzən söz-söhbətlərə aydınlıq gətirib.
 

Axşam.az-ın məlumatına görə, müğənni “Lider” telekanalında yayımlanan “Pərdə” verilişinə açıqlamasında əməliyyat olunması xəbərini təsdiqləyib. Müsahibə zamanı üzünü tamaşaçılardan gizlədən A. Kazımova yalnız konsertdə yeni imici ilə görünəcəyini deyib:

“Çox istəyirdim ki, yeni imicimdə ilk dəfə konsertimdə görünüm. Amma fotolar mediada yayıldı. Faiq Ağayevlə bir ad günündə idik. Orada şəkil çəkdirmək qadağan olunmuşdu. Amma Faiqin vokalisti mənlə şəkil çəkdirib sosial şəbəkədə paylaşdı.
 
Plastik əməliyyat olundum. Artıq dörd həftə keçib, hələ indi özümə gəlirəm. Danışa, ağzımı aça bilmirdim, yeməyi güclə yeyirdim. Hələ bu günə kimi belə ağır əməliyyat keçirməmişdim. Dəhşətli ağrılarım var idi. Mən bu cür ağrı görməmişdim. Əməliyyatdan sonra saat yarım ağrım kəsmədi, heç bir dərman da kömək etmədi. Nə qədər ağrıkəsici vurdular, sonra özümə gəldim. Əməliyyatdan çıxanda ilk sözüm o oldu ki, konserti təxirə salın, mən oxuya bilməyəcəm. İncəsənət qurban tələb edir, buna görə də hər çətinliyə dözürəm”.

Qeyd edək ki, Aygün Kazımova və türkiyəli müğənni Sinan Akçılın konserti noyabrın 8-də "Hollivud" restoranında baş tutacaq.