Xalq artisti İlhamə Quliyevanın işçi heyətində dəyişiklik olub.
Axşam.az xəbər verir ki, klipmeyker Zöhrab Ağayev bundan sonra sənətçinin menecerliyini edəcək.
Bu haqda məlumatı müxbirimizlə söhbətində Zorik özü deyib.
Onun sözlərinə görə, İ.Quliyevaya zəng edib və belə bir təklif irəli sürüb:
"Söz verdim ki, başqalarından fərqli olaraq ona sadiq olacağam. Birlikdə şam yeməyinə çıxdıq. Ətraflı söhbət etdik. İlhamə xanım da əlimi sıxıb dedi ki, sənin yerin mənim yanımdır. Onun kimi böyük bir sənətkarla işləyəcəyim üçün fəxr edirəm. İndiyədək birlikdə çalışdığı insanlardan daha yaxşı olacağam. Bu ifadəmlə nə Tolikə, nə də Faiq Ələkbərliyə söz atmaq fikrim yoxdur. İlhamə Quliyevanın ünvanına xoşagəlməz söz deyən qarşısında məni görəcək”.