Aysunun toyu iki gün olacaq

Aysunun toyu iki gün olacaq
7582 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Rəqsanə İsmayılovanın qızı Aysunun ailə qurmağa hazırlaşdığını xəbər vermişdik.

Axşam.az-ın məlumatına görə, Rəqsanə övladının nişanının bu yaxınlarda baş tutacağını deyib.

O, “Pərdə” verilişinə açıqlamasında iki gün toy edəcəyini bildirib:

“Qızımın toyu yeni ildə baş olacaq. Mərasim həm Moskvada, həm də Bakıda keçiriləcək. Mən media nümayəndələri üçün qapalı məclis etməyəcəm. İstəyən toya gələcək, çəkiliş edəcək. Onsuz da icazə verməsəm belə, qonaqlar şəkil çəkib İnstaqramda paylaşacaq. Çox gözəl toy baş tutacaq”.