Murad Moskvaya niyə getdi? - Fotolar

Murad Moskvaya niyə getdi? - Fotolar
2126 dəfə oxunub
  • A-
  • A
  • A+
Şoumen Murad Dadaşov Moskvaya gedib.

Axşam.az-ın məlumatına görə, səfərin məqsədi “Səs” (“Qolos”) mahnı yarışmasında ölkəmizi təmsil edən Fərid Əsgərova dəstək olmaqdır. M. Dadaşov pianoçu Samir, caz ifaçısı Əzizə və “V & V” şirkətinin rəhbəri Vadim və Valeri qardaşları ilə çəkdirdiyi şəkilləri İnstaqramda paylaşıb.

Qeyd edək ki, Rusiyanın birinci kanalında yayımlanan “Qolos” vokal müsabiqəsində iştirak edən həmyerlimiz Fərid Əsgərovun çıxışları yarışmada maraqla qarşılanır. O, əvvəlcə rusiyalı müğənni Leonid Aqutinin komandasında yarışsa da, daha sonra digər münsif Dima Bilanı seçib.