Müğənni fərqli görünmək üçün buna əl atır

Müğənni fərqli görünmək üçün buna əl atır
2579 dəfə oxunub
  • A-
  • A
  • A+
Gənc müğənni Günay İbrahimli fərqli görünmək üçün bir çox vasitələrə əl atdığını bildirib.

Axşam.az-ın məlumatına görə, ATV telekanalında yayımlanan “Sağlam olun” verilişinə qonaq olan sənətçi tez-tez linza taxdığını etiraf edib:

“Bizim sənətimiz elədir ki, qısa vaxtda dəyişmək istəyirik. Hətta o dərəcədə buna meyilliyik ki, göz rəngimizin belə fərqli olmasını arzulayırıq. Bu yerdə də linzadan istifadə etmək məcburiyyətində qalırıq. Çox vaxt çəkilişlərdə linza taxıram. Amma bunun mənə ziyan olduğunu gördüm. Gözlərim sulandı, göynədi. Son vaxtlar linzadan istifadə etməyə ara vermişəm”.