Münsiflər arasında mübahisə düşdü

Münsiflər arasında mübahisə düşdü
3609 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən gün ATV telekanalında yayımlanan “Özünə bax” zövq yarışması maraqlı məqamlarla yadda qalıb.

Axşam.az-ın məlumatına görə, müsabiqənin ikinci yarımfinalında münsif kürsüsündə layihənin rəhbəri Ruhi Əliyeva, vizajist Nərmin İbrahimova, stilist Nasir Babayev, “Passage” jurnalının baş redaktoru Nərminə Ağasi əyləşib.

Verilişdə gərgin anlar yaşanıb. Belə ki, Nasir və Nərminə Ağasi Solmaz adlı iştirakçı üstündə mübahisə edib. N. Ağasi gənc qızın boğazına geyiminə uyğun şərf bağlamaq istəsə də, stilist buna etiraz edib. Nəticədə Solmaz üçüncü yarımfinala keçə bilməyib.
Səbinə və Nərgiz adlı iştirakçıların geyim tərzi münsiflərin çox xoşuna gəlib, hər iki qız üçüncü yarımfinala vəsiqə qazanıb. 65 yaşlı Zoyaya "yox" dediyi üçün tamaşaçılar tərəfindən qınaq obyektinə çevrilən Nasir məsələyə aydınlıq gətirib:

“O cür geyinən xanımın ikinci yarımfinala keçməsi düz deyildi. Mən onu incitmək istəmədim. Bu, yarışmanın şərtidir”.

Xatırladaq ki, “Özünə bax 2” Axşam.az saytının informasiya dəstəyi ilə həftəiçi hər gün saat 15:30-dan 17:00-a kimi ATV telekanalında canlı yayımlanır. Layihənin rəhbəri Ruhi Əliyeva, prodüseri Vüqar Şəfiyev, aparıcısı Rüfət Ağayev, redaktoru Nərgiz Əliyeva, rejissoru isə Qəmər Abbasovadır. Yarışmanın birincisinə ev, ikinciyə çox bahalı, zümrüd qaşlı dəst, üçüncüyə isə xarici ölkəyə səyahət hədiyyə ediləcək.

Foto: Rəşad ABBASOV