Sinan Akçıl Bakıya niyə gəlmədi?

Sinan Akçıl Bakıya niyə gəlmədi?
877 dəfə oxunub
  • A-
  • A
  • A+
Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Sinan Akçılla xalq artisti Aygün Kazımovanın bu günə planlaşdırılan Bakıdakı konserti təxirə düşüb.

Axşam.az-ın məlumatına görə, təşkilatçı Nahid Emiloğlu buna səbəb kimi qarşı tərəfin əvvəlcədən danışılan məbləği qəbul etməməsi olub. Belə ki, Nahidin sözlərinə görə, Sinan konsertə bir gün qalmış qonorarını qaldırıb.

S.Akçıl da öz növbəsində məsələyə münasibət bildirib. Sənətçi Tvitter sosial şəbəkəsindəki profilində konsertin təxirə salınma səbəbləri haqda bunu yazıb:

“Müqavilədəki heç bir şərtlər yerinə yetirilmədiyi üçün yaradıcı kollektivim və mən Bakıya getmirik. 9 noyabrda Nürnberqdəyik”.