Musa ilə Təranəni parodiya etdilər - Foto

Musa ilə Təranəni parodiya etdilər -  Foto
3872 dəfə oxunub
  • A-
  • A
  • A+
“Bu şəhərdə” teatrının “İsti Rahət” adlı növbəti tamaşası baş tutub.

Axşam.az-ın məlumatına görə, aktyorlar Rəfael İsgəndərov və Coşqun Rəhimov bir çox tanınmış simaları parodiya edib. Onlar arasında aparıcılar, aktyorlar və bəzi müğənnilər yer alıb. Tamaşaçıların daha çox bəyəndiyi parodiyalar arasında ATV-nin aparıcısı Mətanət Əliverdiyeva və müğənnilər Təranə Qumralla Musa Musayev olub.

“Bu şəhərdə”nin ssenaristi Müşviq Abbasov “Pərdə” verilişinə açıqlamasında şou-biznesin ən məşhur müğənnilərini parodiya siyahısına daxil etmədiklərini deyib:

“Onlar yatıb, yeni heç nə etmirlər".

Coşqun Rəhimov isə konsertdən istədikləri diqqəti aldıqlarını bildirib: “Tamaşaçıdan maraq, diqqət gözləyirdik. Onu da aldıq. İlk səhnədən sonra elə alqışlar oldu ki... Bunu gözləmirdik”.

Qeyd edək ki, "İsti Rahət" bu gün və sabah Heydər Əliyev sarayında davam edəcək.