Cennifer Lopez və plastik cərrah arasında qalmaqal

Cennifer Lopez və plastik cərrah arasında qalmaqal
2598 dəfə oxunub
  • A-
  • A
  • A+

Cennifer Lopez bildirib ki, heç vaxt plastik əməliyyat etdirməyib.

Axşam.az xəbər verir ki, daha əvvəl britaniyalı cərrah Ayham Al-Ayyubi Cenniferin fotosunu paylaşaraq onun bu gözəlliyə əməliyyatla sahib olduğunu bildirmişdi:

“Üzünə baxanda bilinir ki, dəfələrlə əməliyyat keçirib. Doğrudur, o, anadangəlmə gözəldir. Amma əməliyyatlardan sonra sadəcə mükəmməldir”.

Həkimin bu iddiaları Lopezin pərəstişkarlarını olduqca qəzəbləndirib. İttihamlara cavab verən 44 yaşlı Cennifer sosial şəbəkədə bunları yazıb:

“Bağışlayın, cənab, amma mən heç vaxt plastik əməliyyat etdirməmişəm. Mənim bədən quruluşum və üzüm mükəmməldir. Problem sizdədir, məndə yox”.

Cenniferin bu cavabından sonra cərrah Tvitter vasitəsilə ondan üzr istəyib:

“Əziz Cennifer Lopez, mən yazdıqlarıma görə sizdən üzr istəyirəm. Onları mən yox, köməkçim söyləmişdi. Siz anadangəlmə gözəlsiniz. Savadlı edilmiş makiyaj bəzən üz cizgilərini dəyişə bilər, amma bunun üçün də gözəl olmaq lazımdır”.