Məşhur aktyor Coni Depp 17.5 milyon dollara yeni ev alıb.
Axşam.az accbud.ua saytına istinadən xəbər verir ki, o, 19.5 hektar torpaq sahəsinə sahib olub. Böyük çılçıraqlı ev və çiçəkli həyətyanı sahə olduqca maraq doğurub.
Villada bir neçə yataq otağı, böyük və rahat qonaq otağı, ev kinoteatrı, xüsusi otaq və geniş yemək otağı var. Evin dizaynında bahalı materialardan istifadə olunub. Tunc, mərmər, təbii dəri və s. ilə bəzədilən mənzillə Coni yenidən diqqət mərkəzinə gəlib.