Dima Bilanın keçmiş sevgilisi Yelena Kuletskaya bir müddətdir münasibətdə olduğu Stanislav Romanova ərə gedir.
Axşam.az musicukraine.com saytına istinadən xəbər verir ki, teleaparıcı, model və aktrisa Yelena artıq toy hazırlıqlarına başlayıb. Bu barədə öz mikrobloqunda yazan model, sevgilisi ilə çox romantik bir münasibət yaşadığını deyib. Şam yeməyində evlilik təklifi alarkən fotosunu paylaşan Yelena tərəddüd yaşamadan “hə” cavabı verdiyini deyib.