Samir "Kurtlar Vadisi"ndən təklif aldı - Fotolar

Samir "Kurtlar Vadisi"ndən təklif aldı - Fotolar
5634 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Samir Piriyevin İstanbulda olduğunu xəbər vermişdik.

Axşam.az-ın məlumatına görə, sənətçi ailəsi ilə birlikdə “Kurtlar vadisi pusu” teleserialının çəkiliş məkanını gəzib.

Gəzintidən fotoları sosial şəbəkədə paylaşan ifaçı məşhur serialdan təklif aldığını bildirib:

“Kurtlar vadisi” serialının çəkiliş məkanında oldum. Səbəbi serialla bağlı aldığım yeni təklifdir. Sizləri tezliklə təəccübləndirəcəm”.

Samir qızı Fərəhin fotosuna bu şərhi yazıb: “Kurtlar Vadisi” heyəti qızım Fərəhlə tanış olduqdan sonra onu da seriala çəkməyə dəvət etdilər. Hansı rola olduğu isə qoy sirr qalsın”.