Dünən iqtisad elmləri doktoru, "Krokus Group" holdinqin prezidenti Araz Ağalarovun 58 yaşı tamam olub.
Axşam.az xəbər verir ki, ad günü münasibəti ilə Moskvadakı restoranlardan birində ziyafət keçirilib.
Məclisə A. Ağalarovun oğlu, bəstəkar-müğənni Emin Ağalarovdan başqa, bir çox tanınmış şəxslər qatılıb. Onlar arasında biznesmen Donald Tramp, müğənnilər İqor Krutoy, Filip Kirkorov, Oleq Qazmanov, Lev Leşenko, Ani Lorak, şoumen Andrey Malaxov, rejissor və aparıcı Yuli Qusman, həmçinin “Kainat gözəli” yarışmasının münsiflər heyəti və iştirakçıları da yer alıb. Azərbaycan şou-biznesindən Murad Dadaşov və müğənni Xəyyam Nisanov tədbirdə iştirak edib.
Məclisin ən maraqlı məqamlarından biri "Kainat gözəli"nin 87 iştirakçısının birlikdə məşhur "Happy birthday" ("Ad günün mübarək") mahnısını ifa etməsi olub.