Məşhur stilist sağlam saçların 2 mühüm sirrini açıqladı

Məşhur stilist sağlam saçların 2 mühüm sirrini açıqladı
4263 dəfə oxunub
  • A-
  • A
  • A+
Modelyer Viktoriya Bekhem, aktrisalar Cessika Simpson və Eva Lonqariya kimi dünya məşhurlarının stilisti Ken Pavers peşəsi ilə bağlı bəzi sirləri açıqlayan kitab dərc edib.

Axşam.az xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti yazır. Cennifer Lopez, Selin Dion və Ledi Qaqa kimi ulduzlarla da çalışan Ken, “Sən gözəlsən” adlı kitabında qadınlara daxillərində gözəlliyi ortaya çıxarmaları üçün mesaj verib.

O, kamera qarşısında olmayan və saçları üçün çox pul xərcləmək istəməyən xanımlardan 2 dəyərli məsləhətini də əsirgəməyib:

1. Hər gün saçınızı yumayın. Əgər məcburiyyət qarşısında qalsanız, yalnız diblərini şampunlayın, uclarına vurmamağa çalışın.
2. Xüsusi bir gecəyə qatılmazdan öncə zeytun yağı və su ilə hazırladığınız spreyi saçınıza tətbiq edin. Ertəsi gün saçınızı yuduqdan sonra əvvəlkindən daha dolğun və sağlam göründüyünün şahidi olacaqsınız.