Gözəl model ideal bədənə necə sahib olub?

Gözəl model ideal bədənə necə sahib olub?
1674 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur model Naomi Kempbell uzun illər öz gözəlliyini necə qoruyub saxlamağından danışıb.

Axşam.az xarici mətbuta istinadən xəbər verir ki, o, həftədə bir gün yeməkdən imtina etməklə buna nail olduğunu söyləyib:

“Vaxtaşırı orqanizmi təmizləməkdə fayda var. Biz hər şeyi yeyirik, amma heç orqizmimizə fasilə vermirik. Bu səbəbdən bir günü istirahət kimi dəyərləndirmək lazımdır. Bununla həm də həyatınızı uzatmış olarsınız”.

Gözəl model anası süd vəzi xərçənginə tutulduqdan sonra sağlam həyat yaşamaq haqqında düşündüyünü söyləyib:

“Mən hər şeyin ölçüsünə diqqət yetirirəm, spirtli içkilər içmirəm. Donuz əti və toyuqdan ümumiyyətlə imtina etmişəm. İnsanın yaxınları xərçəngə tutulanda sağlamaq həyat haqqında düşünməyə başlayırsan və yeyəcəyin qidalardan daha ehtiyatlı olursan".

Naomi  təkcə sağlamlığa görə yox, həm də podiumda özünə daha əmin olmaq üçün yeməkdən imtina edir. Belə ki, Kempbel yayda “Versace” brendinin nümayişi üçün 10 gün yemək yemək yeməmişdi.