Seksual aktrisa Skarlet Yohansson “Marie Claire” jurnalının dekabr sayının siması olub.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, aktrisa jurnal üçün maraqlı müsahibə də verib:
“Əgər mən bilsəydim ki, sevgilim porno izləyir, bu mənimçün çox həyrətləndirici olardı. Olduqca qəribə səslənir. Amma düşünürəm ki, bunda ciddi problem yoxdur və porno faydalı ola bilər. Məsələn, cütlüklər birlikdə izləyə bilərlər”.
Şəxsi həyatı barədə də danışan aktrisa jurnalist nişanlısı Roman Daikovla çox xoşbəxt olduğunu deyib.