Bu gün müğənni İradə İbrahimovanın qızı İpəyin ad günüdür.
Axşam.az-ın məlumatına görə, sənətçi 3 yaşı tamam olan övladını sosial şəbəkədə belə təbrik edib:
“Qızım, ad günün mübarək, sayəndə evimiz şənləndi. Xoşbəxtliyimizə daha bir xoşbəxtlik qatdın. Sənin sayəndə ana oldum və səninlə dünyam daha da dəyişdi. İnşallah, gün gələr, bu yazdıqlarımı sən də öz övladın üçün qeyd edərsən. Bir dənə, adı kimi İpək qızım. Allah səni nəzərdən saxlasın. Ananın duası qəbul olunur, deyirlər. Bu arada baş memarın Ceyhunu da təbrik edirəm. 3 yaşın mübarək İpəyim”.