Saç əkdirən aktyordan maraqlı açıqlamalar

Saç əkdirən aktyordan maraqlı açıqlamalar
3911 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV telekanalında yayımlanan “Sağlam olun” verilişinin yeni buraxılışında saç tökülməsindən və idmanla arıqlamağın sirrlərindən bəhs ediləcək.

Axşam.az-ın məlumatına görə, verilişin 14 və 15 noyabr tarixlərində yayımlanacaq efirində müğənni Nazim Faytonçu və aktyor Elnur Hüseynov saç tökülməsindən söz açacaqlar. İdmançılar Kamil Zeynalov, Eduard Məmmədov və müğənni Gülay Zeynalova isə idmanla arıqlamağın sirrlərini tamaşaçılarla bölüşəcəklər.
 
Saç əkdirən E.Hüseynovun maraqlı açıqlamalarını, Kamilin arıqladıcı məsləhətlərini və daha maraqlı məlumatları həftənin cümə axşamı və cümə günü saat 10:30-da izləyə biləcəksiniz.

Qeyd edək ki, Axşam.az saytının informasiya dəstəyi ilə yayımlanan “Sağlam olun” verilişinin yaradıcı kollektivi aparıcı Zərif Atayeva, redaktor Sevinc Rəcəbova, rejissor Qəmər Abbasova, koordinatorlar Vüqar Şəfiyev və Azər Baxşəliyevdən ibarətdir.

Foto: Rəşad ABBASOV