ATV telekanalının zövq yarışması “Özünə bax” maraqlı məqamlarla yayımına davam edir.
Axşam.az-ın məlumatına görə, bu dəfə münsif kürsüsündə layihənin rəhbəri Ruhi Əliyeva, modelyer Afaq, “Passage” dərgisinin baş redaktoru Nərminə Ağasi və stilist Fuad Hacıyev əyləşib.
İlk turdan keçən üç iştirakçı – Ayan, Kəmalə və Gülnar yenidən münsif qarşısına keçib. Geyiminə görə tənqid olunan Ayan müsabiqəni tərk edib. Kəmalə və Gülnarın zövqünü bəyənən münsiflər bəzi qüsurlara baxmayaraq onların üçüncü yarımfinala keçməsinə icazə verib. Stilistlər iştirakçıların geyimlərində bir çox dəyişikliklər də edib.
Xatırladaq ki, Axşam.az saytının informasiya dəstəyi ilə “Özünə bax 2” həftəiçi hər gün saat 15:30-dan 17:00-a kimi ATV telekanalında canlı yayımlanır. Layihənin rəhbəri Ruhi Əliyeva, prodüseri Vüqar Şəfiyev, aparıcısı Rüfət Ağayev, redaktoru Nərgiz Əliyeva, rejissoru isə Qəmər Abbasovadır. Yarışmanın birincisinə ev, ikinciyə çox bahalı, zümrüd qaşlı dəst, üçüncüyə isə xarici ölkəyə səyahət hədiyyə ediləcək.
Foto: Rəşad ABBASOV