Türkiyənin məşhur psixoloqu Aslı Karasaç və iş adamı Erkan Özkayanın toyu olub.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, gecədə qonaqlar arasında məşhurlar üstünlük təşkil edib. Cütlüyün nikah şahidi də Ethem Sancak, Fikret Orman, Demet Akbağ, Sinan Engin və Metin Korkmaz kimi tanınmışlar olub.
Onlardan başqa toyda Alişan, Ece Erken, Emre Belözoğlu, Gökhan Töre, Berka kimi sənət, iş və idman dünyasından tanınmışlar iştirak edib.