Baş nazirin 3 yaşlı oğlu hamının sevimlisinə çevrildi - fotolar
Xəbər
10:52 / 07.07.17
1651dəfə oxunub
A-
A
A+
Kanadanın baş naziri Castin Tryudo G20 sammitində iştirak etmək üçün ailəsi ilə birlikdə Almaniyanın Hamburq şəhərinə yola düşüb.
Axşam.az xarici mediaya isitnadən xəbər verir ki, 45 yaşlı siyasətçinin yanında xanımı Sofi Tryudo və 3 yaşlı oğlu Adrian da olub. Ailəsi ilə birgə təyyarədən enən Castinin oğlu hava limanı işçilərinin və onları qarşılayanların diqqətini çəkib. Adrian anası ilə atasının salamlaşması ərəfəsində fotosessiyası ilə məşğul olub.
Tezliklə sosial şəbəkədə fotoları paylaşılan nazirin oğlu qısa müddətdə izləyicilərin rəğbətini qazanıb.