49 yaşlı Elza: "Hələ gəncəm" - fotolar

49 yaşlı Elza: "Hələ gəncəm" -  fotolar
3722 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün əməkdar artist Elza Seyidcahanın ad günüdür.

Axşam.az-ın məlumatına görə, müğənninin 49 yaşı tamam olur.

Təəssüratlarını bölüşən E.Seyidcahan ilk hədiyyəsini nəvəsi Səmərruxdan aldığını deyib:

“İlk ad günümdür ki, Səmərrux nəvəm yanımdadır. Bacım ona pulqabı hədiyyə etdi. Mən də içərisinə yüz manat qoydum. Getdik alış-verişə, Səmərrux mənə hədiyyə aldı. Saysız-hesabsız təbriklər alıram. Dostlarım, tələbələrimin zəngi məni sevindirir. Tələbəm olan Sevinc Bəyaz səhər tort gətirib mənə sürpriz etdi”.

E.Seyidcahan təmtəraqlı ad günü etməyəcəyini deyib. O bildirib ki, erməni silahlı qüvvələri tərəfindən vəhşicəsinə öldürülən 18 aylıq Zəhraya görə günlərdir əhvalı pisdir:

“Bir neçə gündür ki, balaca Zəhraya görə pisəm. Allah heç bir nənəni nəvəsiz, nəvəni nənəsiz qoymasın. Dünyada qəmli hadisələr olmasın. Allah bizi körpələrlə sınağa çəkməsin. Həyatımızın gələcəyi körpələrdir. Bu hadisələrə görə təmtəraqlı məclis etmirəm.

Mən də ad günümdə körpələşmişəm. Hələ mənim gənc vaxtlarımdır".