Aşıq Namiq Fərhadoğlunun layihə rəhbəri olduğu "Köklə sazı 6" yarışmasının növbəti buraxılışı baş tutub.
Axşam.az-ın məlumatına görə, 12 gənc aşığın yarışdığı proqramda maraqlı anlar yaşanıb. Münsif kürsüsündə aşıq Fərhad Gədəbəyli, Aqşin Taryeloğlu, Namiq Fərhadoğlu, meyxanaçı Namiq Məna əyləşib.
"Dünyanın bir çox yerindən bizi izləyirlər. Rusiya və İrandan o qədər zənglər gəlir ki, mənə... Hərə bir mahnı istəyir. Bura el şənliyi, toy deyil, verilişdir. Səs verin, gənc aşıqlara dəstək olun" deyə bildirib.
Namiq daha sonra atası Fərhad Gədəbəylinin ad günü olduğunu, 60 yaşını qeyd etdiyini söyləyib. O, ansambldan "Happy bithday" mahnısını istəyib. Mahnını təqdim edə bilməyən ansambla əsəbiləşən N.Fərhadoğlu "Ələsgər müəllimin gündəliyinə "2" yazacam. Diqqətli olmaq lazımdır" deyib.
Namiq eyni zamanda hər zaman gənc aşıqlara dəstək olmağa çalışdığını bildirib.
Aparıcılığını Lalə Əlimuxtarovanın etdiyi "Köklə sazı 6" həftənin çərşənbə günü saat 22:00-da "Lider" telekanalında yayımlanır.