Putinlə Trampın görüşü illər əvvəl məşhur serialda varmış - fotolar

Putinlə Trampın görüşü illər əvvəl məşhur serialda varmış - fotolar
8950 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünən bütün dünyanın gözü Hamburqda keçirilən G20 zirvə görüşündə olub.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, dünya liderlərinin yer aldığı mərasimdə ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin görüşü xüsusi ilə diqqət çəkib.

İlk dəfə rəsmi görüşdə bir araya gələn ikilinin görüşündəki nüanslar məşhur "House of Cards" ("Kağız evlər") serialının illər əvvəlki seriyalarını xatırladıb. Orada da iki ölkənin lideri bir-biri ilə soyuq münasibətdə olsa da, kameralara gülümsəməyə çalışmışdı. Hətta mimika və jestlərin də serialdakı kimi olduğunu iddia edənlər var. Ən maraqlı bənzərlik isə Putinlə Trampın təkbətək görüşünün başlanğıcında ABŞ liderinin ovucu yuxarı baxan əlini Putinə uzatmasıdır. Həmin anda Putin ona uzadılan əli gec görür. Eynilə serialda da Viktor Petrovla Frenk Andervud arasında eyni səhnə yaşanmışdı.

Bundan başqa ABŞ-ın birinci xanımı Melaniya Trampın da siyası məsələlərin ortasında olması, Putinlə masa arxasında söhbətləşməsi "House of Cards"la üst-üstə düşür. Orada da Kler Andervud Petrovla müzakirələrə qatılır və aralarında xoşagəlməz anlar yaşanır.