Hava şahzadənin adi vətəndaşla nişanlanmasına imkan vermədi
Xəbər
21:32 / 08.07.17
4439dəfə oxunub
A-
A
A+
Yaponiya şahzadəsi Mako ilə sevgilisi Key Komuronun nişanı təxirə düşüb.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb əlverişsiz hava şəraitidir. Belə ki, Kyuso adasında ötən gün baş vermiş fırtına və daşqınlar yüzlərlə yerli sakinin zərər çəkməsinə, dağıntılara və ölümlərə səbəb olub. Zərərçəkmişlərin kədərinə şərik olduqlarını nümayiş etdirmək üçün şahzadə nişanı daha sonra etmək qərarına gəlib. Mako ilə Keyin bu jesti ictimaiyyət üçün gözlənilməz olub.
Məlumat Makonun valideynləri şahzadə Akisino və Kiko, Yaponiya monarxları Akixito və Mikito tərəfindən təsdiqlənib.
Xatırladaq ki, Mako ilə Keyin toyu gələn il olacaq. Key hüquq şirkətində işləyir və o, hökmdarlar sülaləsinə aid deyil. Şahzadə ona ərə gedərək titulundan imtina etməyə və adi vətəndaş olmağa razılıq verib. Cütlük 5 il əvvəl Beynəlxalq Xristian Universitetində tanış olublar.