Cinayətkar fotosu sosial şəbəkədə paylaşıldıqdan sonra fenomen olan amerikalı məhbus Ceremi Miksin həyat yoldaşı Melisa Miks ondan boşanır. Axşam.az Rusiya mediasına istinadən xəbər verir ki, buna səbəb Cereminin Bodrumda 26 yaşlı milyarder qızı ilə yaxta gəzintisinə çıxması və onunla öpüşməsi olub. 38 yaşlı Melisa boşanmaq qərarına gəlməsi ilə bağlı bunları deyib:
“O qız bilirdi ki, Ceremi evlidir. Bu, bağışlanılmazdır. Bu hadisədən sonra bütün dünyam çevrildi. Uşaqlarıma nə deyəcəyəm? Qəlbim sınıb. Nikahım ideal deyildi, amma bu fotonu görənədək ailəmi xilas etməyə çalışırdım. Onlar ikisi də mənim dünyamı dağıtdılar. Uşaqlar, da mən də günahsız qurbanlarıq. Ceremi həbsdən çıxdıqdan sonra çox dəyişdi. Bizim 8 illik ailə həyatımıza son qoyuldu”.
Qeyd edək ki, Ceremi Miksin Melisa ilə bir oğlu, onun əvvəlki nikahından isə 2 ögey qızı var.