“VAG” Avto Klub Uşaq Sığınacağını ziyarət etdi - fotolar

“VAG” Avto Klub Uşaq Sığınacağını ziyarət etdi - fotolar
924 dəfə oxunub
  • A-
  • A
  • A+

VAG Avto Klub üzvləri növbəti yığıncaqlarını iyulun 9-da Heydər Əliyev Məscidi qarşısında ediblər.

Axşam.az xəbər verir ki, bu dəfə klub üzvlərinin yığıncağı uşaq sığınacağına köməklik məqsədi daşıyıb.

Klub üzvləri Bakı şəhəri, 6-cı mikrorayonda yerləşən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzini ziyarət ediblər. Klub üzvlərinin təşəbbüsü ilə həyata keçirilən bu sosial yardım uşaqların sevinclərinə səbəb olub.

Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin koodinatoru Vasif Akifli bildirib ki, sığınacaqda yerləşdirilən hər bir uşağa böyük diqqət var. Bununla belə, xeyirxah insanların maddi və mənəvi dəstəyinə hər zaman ehtiyac duyulur.

Qeyd edək ki, VAG Avto Klub – "Volkswagen", "Audi", "Porshce", "Seat", "Skoda", "Bentley" və s. markalı avtomobil sahiblərinin klubudur. Üzvlərinin sayına görə hazırda ən böyüklərdən sayılır.