Şahzadənin öz toyunda boynu bükük qaldı: atası gəlmədi+fotolar
Xəbər
13:20 / 10.07.17
1564dəfə oxunub
A-
A
A+
Hazırladığı moda bloqu sayəsində bütün dünyada məşhurlaşan rusiyalı dizayner Yekaterina Malışeva və Hannover şahzadəsi Ernest Avqust Balaca ailə həyatı qurub.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, Almaniyanın Hannover şəhərində keçirilən toyda diqqət çəkən məqam bəyin atası şahzadə Ernest Avqustun iştirak etməməsi olub. Buna səbəb isə şahzadə adını daşıyan oğlunun Yekaterina ilə evlənməsinə razı olmamasıdır.
Bütün adətlərin olduğu kimi tətbiq edildiyi mərasimə Avropanın nüfuzlu kral ailələrinin nümayəndələri qatılıb. Toyda Ernestin anası, Monako şahzadəsi Karolina və keçmiş evliliyindən olan 3 uşağı da iştirak edib.