Braziliyalı fotoqraf Pedro Oliveyra ABŞ-a gedərək səfil insanların şəkillərini çəkib.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, o, öz fotolayihəsini “Ehtiyatlı olun: daxildə ürəkləri var” adlandırıb. Pedronun şəkilləri böyük ictimai rezonans doğuraraq, bir çox mükafata layiq görülüb.
Oliveyra, eyni zamanda şəkillərini çəkdiyi evsizlərin həyat hekayələrini də qələmə alıb. Fotoqrafın bu layihəni hazırlamaqda məqsədi cəmiyyətlə həyatın ümidinə atılmış insanlar arasındakı qalın səddə diqqət çəkməkdir.