“Aygün Kazımovaya plastik əməliyyat yaraşır”

“Aygün Kazımovaya plastik əməliyyat yaraşır”
2743 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Günay İbrahimli plastik əməliyyat etdirməsi ilə bağlı söz-söhbətlərə son qoyub.
 
Axşam.az-ın məlumatına görə, əməliyyatdan çox qorxduğunu deyən sənətçi heç vaxt bu yola əl atmayacaq. O, şou-biznesdəki uğurlu və uğursuz plastik əməliyyatlardan danışıb:

“Tez-tez mənim plastik əməliyyat etdirməyimdən danışırlar. Hamı burnumdan söz salır, amma bildirmək istəyirəm ki, heç vaxt bu yola əl atmaram. Əməliyyat etdirmək fikrində deyiləm, çünki burnum üz quruluşuma uyğun gəlir. Həm də çox vaxt belə əməliyyatlar uğursuz alınır. Şou-biznesdə də uğursuz əməliyyatın qurbanları az deyil. Ən çox bəyəndiyim Aygün Kazımovadır. Onu çox gözəl xanım hesab edirəm. Hər dəfə də dəyişməsini xoşlayıram. Aygün xanımın əməliyyatları uğurlu keçir, istədiyinə nail olur. O xanımın üzündə bir şirinlik var. Bir də Oksananın burun əməliyyatından xoşum gəlib”.