Fəxriyyə Xələfova ətirlərinin qoxusunu dəyişdirir

Fəxriyyə Xələfova ətirlərinin qoxusunu dəyişdirir
2361 dəfə oxunub
  • A-
  • A
  • A+
Modelyer Fəxriyyə Xələfova öz ideyası olan “Nuray” ətirlərinin tərkibini dəyişdirmək qərarına gəlib.

Bu haqda məlumatı Axşam.az saytına modelyerin özü verib. O bundan sonra yeni qoxulu ətirlərinin satılacağını bildirib:

“Artıq iki ildir ki, eyni qoxulardır. Düzdür, insanlar bu ətirləri yaxşı qarşıladılar, bəyəndilər. Amma indi onların iyini dəyişdirmək qərarına gəlmişəm. Çoxdandır ki, bunun üzərində çalışıram. Nəhayət, bir qərar verdim və inanıram ki, xanımlarımız da bəyənəcək. Amma ətirlərimin adı dəyişməyəcək, çünki “Nuray” mənə uğur gətirdi. İnsanların qəlbinə yol tapmağı bacardı. “Nur” Tanrı işığıdır, “ay” isə mistik ifadədir. Buna görə də adı dəyişməyəcəm, olduğu kimi qalacaq. İstəyirəm 8 marta kimi satışa çıxarılsın. Ətirlərimə hər zaman maraqlı təqdimat etmişəm, bu dəfə də fərqli bir şey düşünürəm”.