Diceylər Arif Flash və Parc musiqi mədəniyyətimizə böyük xidmətləri olmuş korifeylərin mahnılarını yeni aranjimanda və remiks versiyada üzə çıxarmaq qərarına gəliblər.
Axşam.az xəbər verir ki, Polad Bülbüloğlunun "Gəl, ey səhər", "Qaya" qrupunun "Ey həyat, sən nə qəribəsən?" mahnılarının ardından xalq artisti Flora Kərimovanın "Necə unudum səni?" mahnısı remiks variantda hazırlanıb.
Qeyd edək ki, mahnının klipi də artıq hazırdır. Çəkilişləri Fatmayi və Xızıda aparılan ekran işinin rejissoru Türkay Azəridir. Klip Temp Productionun məhsuludur.
Rejissor Flora Kərimova və diceylərlə işdən böyük zövq aldığını bildirib.