Türkiyənin seksual müğənnisi Ebru Polad yeni “Günaha dəvət” adlı albomunu Azərbaycanda da təqdim edəcək.
Axşam.az-ın məlumatına görə, sənətçi bununla bağlı maraqlı fotosessiya etdirib. Çəkiliş zamanı o, modelyer Ramazo Romanın kolleksiyasından istifadə edib. Ebru Polat Bakıda baş tutacaq təqdimat mərasimində də Ramazonun hazırladığı, üzərində dodaq izlərinin əks olunduğu libası geyinəcək.
Qeyd edək ki, Ebrunun “Günaha dəvət” adlı mahnısının müəllifi Sezen Aksudur.