“Türkvision”un final gecəsində nələr oldu? – Fotolar

“Türkvision”un final gecəsində nələr oldu? –  Fotolar
2356 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən gün “Türkvision” müsabiqəsinin seçim turunun final mərhələsi keçirilib.

Axşam.az-ın məlumatına görə, Gənc Tamaşaçılar teatrında baş tutan gecənin aparıcıları Afaq Gəncəli, Samir Bayramlı və Rüfət Ağayev olub.

Tədbirdə münsif kürsüsündə bəstəkar Eldar Mansurov, Gövhər Həsənzadə, xalq artisti Mübariz Tağıyev, Vado Korovin və müğənni Nigar Camal olub. Finala vəsiqə qazanan on iştirakçı müxtəlif janrlarda mahnılar ifa edərək şoular göstərib.

Qeyd edək ki, iştirakçıların finala hazırlaşmasında “Eurovision” təmsilçilərimiz Eldar Qasımov, Samir Cavadzadə və Fərid Məmmədovun böyük rolu olub. Ölkəmizi Türkiyədə keçiriləcək “Türkvision” müsabiqəsində təmsil edəcək qalibin adı həftənin şənbə günü ATV telekanalında yayımlanan verilişdə açıqlanacaq.

Müsabiqənin finalı 18-21 dekabr tarixində Türkiyədə baş tutacaq. "Türkvision"nun Azərbaycanda rəsmi yayım hüququ ATV telekanalına məxsusdur.