Müğənni Günay İbrahimli “Ayrılıq olmasaydı” adlı yeni mahnı oxuyub.
Axşam.az-ın məlumatına görə, sənətçi bu bəstəni şair Cabir Novruzun yaradıcılıq gecəsinə həsr etdiyini bildirib:
“Bu gün Cabir Novruzun yaradıcılıq gecəsi keçirildi. Orada bir mahnı səsləndirməyim təklif edildi. Mən də “Ayrılıq olmasaydı”nı seçdim. İlk dəfə bu tədbirdə səsləndirdim. Əsərin çox gözəl sözləri var. Mahnıdan xoşum gəldi və repertuarıma daxil edəcəm”.