Rejissor övladlarına ad günü keçirdi

Rejissor övladlarına ad günü keçirdi
4090 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən gün rejissor Fuad Əlişov və həyat yoldaşı, aktrisa Sevinc Əlişovanın əkiz övladlarının ad günü keçirilib.

Axşam.az-ın məlumatına görə, Suad və Fatimənin 3 yaşı tamam olub.

Həmin günü yaxınları ilə qeyd edən Sevinc fotoları sosial şəbəkədə paylaşıb. Aktrisa təəssüratlarını da İnstaqramdakı dostları ilə bölüşüb:

“Fatimə və Suad – mənim həyatım, gücüm, hər şeyim. Allaha təşəkkür edirəm ki, sizləri verib. Allah bizə güc və sağlamlıq versin, sizi gözəl böyüdək. Allah bütün balaları saxlasın, bizimkilər də içində olmaqla”.

Qeyd edək ki, cütlüyün Nihad adlı daha bir oğlu var.

Axşam.az kollektivi də Suad və Fatiməni təbrik edir.