Fərda Kiyevdə reklama çəkilir

Fərda Kiyevdə reklama çəkilir
947 dəfə oxunub
  • A-
  • A
  • A+

Yumor ustası Fərda Xudaverdiyev Kiyevə yola düşüb.

Axşam.az-ın məlumatına görə, aktyor orada reklam çarxına çəkiləcək. Bu haqda xəbəri Fərda müxbirimizlə söhbətində deyib:

“Bir reklam çarxının çəkilişləri ilə əlaqədar gəlmişəm. Hələ ki şirkətin adını açıqlamağa icazə vermirlər. Bircə onu deyə bilərəm ki, bütün çəkiliş qrupu Ukraynadandır. Çox səviyyəli və əla iş olacaq”.

Fərda bir filmə dəvət aldığını da bizimlə bölüşüb:

“Bir filmdə baş rol ifa etmək təklif olunub. Mənə güvənib seçdikləri üçün çox sevinirəm və əlimdən gələni etməyə çalışıram. Əminəm ki, maraqlı alınacaq. Filmlə bağlı tam məlumatlar yanvardan sonra veriləcək”.