Bu da tanınmış müğənninin yeni sevgilisi - fotolar

Bu da tanınmış müğənninin yeni sevgilisi - fotolar
4793 dəfə oxunub
  • A-
  • A
  • A+
"Dom" adlı realiti-şounu apardıqdan sonra Rusiyanın məşhur simalarından birinə çevrilən müğənni Olqa Buzovanın yeni sevgilisi var.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, “Dom-2”nin iştirakçısı Aleksey Çayçic ilə görüşür.

Olqa Alekseylə çəkdirdiyi fotoları tez-tez İnstaqram səhifəsində paylaşır. Son dəfə isə Çayçicin ona gül dəstəsi göndərməsi izləyicilərin cütlük arasında münasibətin ciddi olmasını düşünməyə vadar edib.

Qeyd edək ki, O.Buzova ötən ilin dekabrında "Lokomotiv" futbol klubunun oyunçusu Dmitri Tarasovdan boşanıb.